четверг, 17 ноября 2011 г.

ХИ2ОБР


Qohum funksiyalar:
  
Sintaksis:
    ХИ20БР(вероятность;степени_свободы)
Nəticə:
    Tərs χ2 -paylanmanı  hesablayır.
Arqumentlər:

  • вероятность: χ2 paylanma ilə əlaqədar olan ehtimal (α əhəmiyyətlilik səviyyəsi);
  • степени_свободы: sərbəstlik dərəcəsini göstərən ədəd.

Qeydlər:   

  • əgər hər hansı bir arqument ədəd deyildirsə, onda ХИ20БР funksiyası özünün yazıldığı xanaya #ЗНАЧ! səhvinin qiymətini yerləşdirir;
  • вероятность < 0 və ya вероятность > 1 olduqda ХИ20БР funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  • əgər степени_свободы arqumenti tam ədəd deyildirsə, onda kəsr hissəsi atılır;
  • степени_свободы < 1 və ya степени_свободы > 1010 olduqda ХИ20БР funksiyası özünün yazıldığı oyuğa #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  • ХИ20БР funksiyası iterasiya üsulundan istifadə edir və hesablamanı dəqiqliyi ±3 • 10-7  dəqiqliyi əldəolunana qədər aparır. Əgər proses 100 iterasiyadan sonra yığılmırsa, onda ХИ20БР funksiyası #Н/Д səhvinin kodunu qaytarır.
Riyazi-statistik interpretasiya:
  ХИ2РАСП funksiyasının təsvirinə bax.
  ХИ2РАСП funksiyası o hallarda tətbiq olunur ki, P(χ2) ehtimalıməlum olsun və χ2 –kriteriyasının qiymətini hesablamaq tələb olunsun. Məsələn, =ХИ2ОБР(0,85;10) düsturu 5,57 qiymətini verir (0,85 qiymətini hesablayan =ХИ2РАСП(5,57;10) düsturu ilə müqayisə etməli).

Misal
Y təsadüfi kəmiyyəti  k = 11 sərbəstlik dərəcəsi olan χ2 paylanması ilə təsvir olunur. Müəyyən bir y nöqtəsində paylanma funksiyası F(y) = 0,30 qiymətini almışdır. y qiymətini təyin etməli.

Həlli
Məsələni ХИ20БР funksiyasının köməyilə həll edək.
1.    Nəticənin yazılacağı xananı seçək ($A$3).
2.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından ХИ20БР funksiyasını seçək. Bu zaman ХИ20БР funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
3.    Вероятность sahəsinə girib  0,70  qiymətini daxil edək.
4.    Степени_свободы sahəsinə girib k = 11 qiymətini daxil edək.
5.    OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi olan 8,148 qiyməti əmələ gələcəkdir.
Əgər Вероятность  sahəsinə α = 0,05 qiymətini daxil etsək, y arqumenti üçün y =19,675 qiymətini alarıq.